Qvineya millisinin üzvü "Neftçi"nin düşərgəsində

"Neftçi” baxışa daha bir futbolçu dəvət edib. 

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu, qvineyalı Nabi Silladı. 21 yaşlı Silla hücumçudur. 

"Soar Akademiyası”nın (2008-2014) yetirməsi olan futbolçu vətənində "Satellit” (2015-2017), "Qanqan” (2017-2018) və "Koyah” (2018-2019) klublarında çıxış edib. 

Qvineyanın U-17 və U-20 milli komandasının formasını geyinmiş Silla hazırda U-23-ün üzvüdü. Klubun məşqçilər korpusu bu gün məşqlərə qoşulan Nabi Silla haqda müsbət qərar verərsə, onunla müqavilə bağlanacaq.

Qeyd edək ki, digər qvineyalı futbolçu – 19 yaşlı hücumameylli yarımmüdafiəçi Yamussa Kamara da hazırda baxışdadır.