Rafael Benites "Lion"a keçməyə yaxındır

İngiltərənin "Nyukasl" klubundan ayrılmaq üzrə olan baş məşqçi Rafael Benites növbəti mövsüm "Lion"u çalışdıra bilər.

Sportline.az xəbər verir ki,  artıq "Lion" rəhbərliyinin Mançesterdə Beniteslə görüş keçirdiyi deyilir. Fransa klubu 58 yaşlı mütəxəssisə 2 illik müqavilə təklif edib. Lakin, Benitesin bu təklifi qəbul edib-etməyəcəyinə mövsüm sonunda aydınlıq gətiriləcək.

Qeyd edək ki, bir müddət öncə "Lion"un prezidenti baş məşçi Bruno Jenezio ilə mövsüm sonunda vidalaşacağını demişdi.