Rahid Əmirquliyev: "Neftçi", "Qarabağ" böyük komandadır, amma ..."

Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün bürünc mükafatçısı "Səbail" yeni mövsümə hazırlaşır.

Sportline.az saytına danışan "Səbail"in üzvü Rahid Əmirquliyev açıqlamasında komandanın gələn mövsüm üçün iddialı olduğunu bildirib.

"Şükürlər olsun ki, ilk üçlükdə qərarlaşdıq. Medal qazandıq. İndi isə qarşıya baxmalıyıq. Avropa Liqasında da bacardığımızı edəcəyik. Premyer Liqada isə, mən deyərdim ki, çempionluğa oynayacağıq. Düzdür, "Neftçi", "Qarabağ" böyük komandadır, amma biz də gələn il çempionluq üçün mübarizə aparacağıq".