Rail Məlikov 19-cü oldu

Rail Məlikov “Sumqayıt”da yubiley oyununu keçirib. SportLine.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, Topaz Premyer Liqasının IV turunun “Qarabağ”la səfər matçı təcrübəli müdafiəçi üçün əlamətdar olub. Arxa xətt oyunçusu 50-ci dəfə “Sumqayıt” formasında Premyer Liqa görüşünü keçirib. Bu qarşılaşmaya kapitan kimi çıxan Rail klubunda qol sevinci yaşamayıb. O, 2016/17 mövsümündə 24, ötən çempionat 22, cari birincilikdə 4 dəfə meydana çıxıb.

Qeyd edək ki, Məlikov “Sumqayıt”ın tarixində 50 və daha çox Premyer Liqa matçına çıxan 19-cu futbolçudur.