Ralli üzrə Almaniya Qran-prisi davam edir
Ralli üzrə mövsümün 10-cu yarışı - Almaniya Qran-prisi keçirilir.
Sportline.az xəbər verir ki, 19 mərhələdən ibarət yarışda ümumən 52 pilot mübarizə aparır. Yarışın qalibi adına namizədlərdən sayılan estoniyalı Ott Tanak Almaniya Qran-prisində liderliyini davam etdirir. O, 7 turdan sonra 59 dəqiqə 12.4 saniyə nəticə ilə birincidir.
Belçikalı Tyerri Növill ondan 2.8 saniyə geri qalır. İlk üçlüyü 59 dəqiqə 34.5 saniyə nəticə ilə fransalı Sebastyan Oje tamamlayır.
Ümumi sıralamanın lideri Ott Tanakdır. Estoniyalının hesabında 180 xal var. Onun ən yaxın izləyicisi 158 xalla fransalı Sebastyan Ojedir. Belçikalı Tyerri Növill isə 155 xalla 3-cüdür. Qran-priyə avqustun 25-də yekun vurulacaq.
Qeyd edək ki, növbəti yarış sentyabrın 12-dən 15-dək Türkiyədə olacaq.