Ralli üzrə Çili Qran-prisində sürpriz nəticə
Ralli üzrə mövsümün sayca 6-cı yarışı - Çili Qran-prisi başa çatıb.
Sportline.az xəbər verir ki, ilk dəfə keçirilən Çili qran-prisi sürpriz nəticə ilə yadda qalıb. Yarışın əsas favoritləri fransalı dünya çempopni Sebastian Ojye və bu mövsümə əla başlayan belçikalı Tyeri Növil Cənubi Amerikada ümidləri doğrultmayıb. Hərçənd ki, yarışın ilk günlərində bu 2 pilot qələbəyə daha yaxın görünürdü. Amma yekunda estoniyalı Ott Tanak sürpriz edə bilib. Bu, onun cari mövsümdə 2-ci zəfərdir.
Xatırladaq ki, Tanak İsveç Qran-prisində də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Mövümün digər 4 yarışında isə Sebastion Ojye və Tyeri Növil hərəyə 2 qələbə qazanıb. Çili Qran-prisində Ott Tanakın qələbəsi yarış cədvində çempionluq mübarizəsini daha da kəskinlşdirib.
6 Qran-pridən sonra sebastian Ojye 122 xalla yarış cədvəlində liderliyə yüksəlib. Ondan 10 xal geri qalan Ott Tanak 2-ci yerdə qərarlaşıb. Bu yarışa qədər lider olan Tyeri Növil isə Çili Qran-prisinin final mərhələsində mübarizəni sona kimi davam etdir bilməyib. Nəticə xalsız qalan Növil 3-cü pilləyə enib. Onun aktivində 110 xal var.
Əlavə edək ki, mövsümün sayca 7-ci yarışı mayın 30-dan iyunun 2-dək Portuqaliyada olacaq.