Ramil Şeydayev Avstriyaya yollanıb

Milli komandamızın üzvü Ramil Şeydayevin karyerasını harada davam etdirəcəyi hələ də müəyyənləşməyib. 

Sportline.az xəbər verir ki, ötən mövsümü heyətində keçirdiyi “Krılya Sovetov” təlim-məşq toplanışının ikinci mərhələsi üçün Avstriyaya yollanıb. Şeydayev də samaralıların düşərgəsindədir. 

İyulun 7-dək davam edəcək hazırlıq prosesində “Krılya Sovetov” 3 yoxlama oyunu keçirəcək.

Samara təmsiçisi iyunun 29-da “Hayduk” (Xorvatiya), iyulun 6-da “Çelye” (Sloveniya), ertəsi gün isə “Krasnodar”la (Rusiya) üz-üzə gələcək.

Qeyd edək ki, Ramil Şeydayevin “Krılya Sovetov”la müqavilə müddəti bu ayın sonunda bitəcək.