Ramil Şeydayev Bakıya gəldi

Moskva "Dinamo"su heyətdə düşünmədiyi Ramil Şeydayevi yeni klub tapması barədə məlumatlandırıb.

Sportline.az xəbər verir ki, 23 yaşlı forvardın Azərbaycanda oynamaq variantı var. O, danışıq aparmaq üçün Bakıya gəlib. Ramilin xidmətində "Neftçi"nin maraqlı olduğu iddia edilir.

Ramil Şeydayev daha öncə "Qarabağ"da oynayıb. Azərbaycan millisinin üzvünün "Dinamo" ilə müqaviləsi mövsümün sonuna qədərdir.