Ramil Şeydayev: "Bir neçə klubdan dəvət almışam"
"Qarabağ"ın hücumçusu Ramil Şeydayev mövsümün sonunda komandadan göndəriləcəyi ilə bağlı xəbərə münasibət bildirib.
Sportline.az xəbər verir ki, gənc forvard Qol.az-a açıqlamasında çempionat başa çatdıqdan Ağdam klubundan ayrıla biləcəyini istisna etməyib:
"Sizdə bu məlumat hardandır? Mən "Qarabağ"da icarə əsasında çıxış edirəm. Mövsümün sonunda müqaviləm başa çatır. Bu isə o deməkdir ki, təbii olaraq, komandadan gedə bilərəm. Ancaq hələlik mənə bir söz deyilməyib".
Şeydayev təkliflərinin olduğunu da gizlətməyib: "Təkliflərim çoxdur. Bir neçə klubdan dəvət almışam. Amma hələlik ad açıqlaya bilmərəm".
Qeyd edək ki, "Qarabağ" ötən ilin yayında "Trabzonspor"dan icarəyə götürdüyü millimizin hücumçusu ilə yolları ayırmaq niyyətindədir. Buna səbəb gənc futbolçunun baş məşqçi Qurban Qurbanovun etimadını doğrultmayaraq əsas heyətə düşə bilməməsidir.