Ramil Şeydayev də komandasını xilas edə bilmədi

Rusiya Premyer Liqasında 25-ci tur davam edir.

Sportline.az xəbər verir ki, millimizin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu “Krılya Sovetov” doğma meydanda “Ural”a minimal hesabla məğlub olub. Start heyətdə meydana çıxan futbolçumuz sonadək mübarizə aparıb.

Qeyd edək ki, “Krılya Sovetov” 27 xalla 13-cü pillədə qərarlaşıb.