Ramil Şeydayev "Dinamo"nun məğlubiyyətini izlədi

Rusiya Premyer Liqasında XI turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi Moskva "Dinamo"su "Rostov"un qonağı olub və 0:3 hesabı ilə uduzub.

Şeydayev bu oyunda da ehtiyatda qalıb. "Dinamo" 10 xalla 12-ci sırada qərarlaşıb.