Ramil Şeydayev ehtiyat skamyasında

Millimizin hücumçusu Ramil Şeydayev “Dinamo”nun əsas heyətində yerini itirib.

Sportline.az xəbər verir ki, o, bu gün Rusiya Premyer Liqasının 7-ci turunda “Tombov”la səfər matçında ehtiyat oyunçular siyahısında yer allb. Bunadək Ramil ilk 11-likdə meydana çıxırdı.

Lakin geridə qalan 6 turda futbolçumuz bir dəfə də olsun qol vura bilməyib. Buna görə də o, Rusiya mediasında tənqid olunub.