Ramil Şeydayev ehtiyat skamyasında

Rusiya Premyer Liqasında 17-ci turun oyunları davam edir.

Sportline.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu Moskva “Dinamo”su bu turda doğma meydanda “Rostov”la qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
 
R. Şeydayev bu görüşü ehtiyat oyunçular skamyasından izləyib.
 
Qeyd edək ki, Moskva təmsilçisi 21 xalla 16 komanda arasında 7-ci pillədə qərarlaşıb.