Ramil Şeydayev ən yaxşı 5 oyunçu arasında

Rusiya Premyer Liqasında mart ayının ən yaxşı 5 oyunçusu müəyyənləşib.

Sportline.az xəbər verir ki, Rusiya çempionatının sosial şəbəkədəki rəsmi səhifəsində aparılan sorğuda “Zenit”in iranlı hücumçusu Sərdar Azmun 49.46 faiz göstərici ilə (20.834 səs) ən yaxşı oyunçu adına layiq görülüb. Səsvermədə yer alan 5 futbolçudan biri isə milli komandamızın üzvü Ramil Şeydayevdir.

“Krılya Sovetov”da oynayan hücumçu mart ayının TOP-5-liyində 2.37 faiz (999 səs) göstərici ilə sonuncu yeri tutub – 2.37 faiz (999 səs).

Sorğunun yekun nəticəsi:

1. Sərdar Azmun (“Zenit”) - 49.46 faiz

2. Fyodor Çalov (ÇSKA) -  35.12 faiz

3. Anton Mirançuk (“Lokomotiv”) – 6.53 faiz

4. Mario Fernandes (ÇSKA) – 6.52 faiz

5. Ramil Şeydayev (“Krılya Sovetov”) – 2.37 faiz