Ramil Şeydayev ilk dəfə start heyətdə
Rusiya Premyer Liqasında 15-ci turun "Spartak" - "Krılya Sovetov" görüşü keçirilir.
Sportline.az xəbər verir ki, Rusiya futbolu həvəskarlarının böyük maraqla gözlədiyi oyunda milli komandamızın üzvü Ramil Şeydayev də meydana çıxıb.
Qeyd edək ki, bu, Ramilin "Krılya Sovetov"un start heyətində ilk dəfə yer aldığı qarşılaşmadır.