Ramil Şeydayev "Lokomotiv"lə oyunda meydana çıxa bilər
Milli komandamızın üzvü Ramil Şeydayev, bu gün Rusiya Premyer Liqasında mübarizə aparan "Krılya Sovetov"un heyətində debüt edə bilər.
Sportline.az xəbər verir ki, bunun Samarada keçiriləcək "Krılya Sovetov" - "Lokomotiv" matçında reallaşacağı gözlənilir.
"Krılya Sovetov"un baş məşqçisi Andrey Tixonov Şeydayevin də adını oyunun iştirak ərizəsinə salıb. 11 nömrəli formanı geyinən futbolçu ehtiyyat oyunçular arasında yer alacaq.