Ramil Şeydayev "Neftçi"yə keçidi ilə bağlı məsələyə aydınlıq gətirib

"Çempion olduğumuz üçün şadam. Düzdür, burada çox oynamadım. Amma daha yaxşı səviyyədə olmaq üçün bundan da da çox işləyəcəyəm. Qızıl medalın qazanılmasında əməyi olan hər kəsə təşəkkür edirəm". 

Sportline.az xəbər verir ki, bunu "Qarabağ"ın forvardı Ramil Şeydayev deyib. Karyerasını harada davam etdirəcəyinə gəldikdə isə, o :"Hələ heç nədən xəbərim yoxdur. Bu barədə bir şey danışa bilmərəm. "Neftçi"dən də mənimlə əlaqə saxlayan olmayıb. Onların mənimlə maraqlandıqlarından məlumatsızam. Müqavilə üzrə məxsus olduğum "Trabzonspor"a dönmək? Baxacağıq. Hələlik heç kiminlə danışmamışam. Fikirləşəcəyəm. Oynamaq istəyirəm. Amma harada çıxış edəcəyimi bilmirəm”.