Ramil Şeydayev oynadı, komandası məğlub oldu

Azərbaycan millisinin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Krılya Sovetov" Rusiya Premyer Liqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Axmat" kollektivi olub.

Qarşılaşma Qroznı təmsilçisinin qələbəsi ilə yekunlaşıb:

"Krılya Sovetov" - "Axmat" - 1:2

R.Şeydayev 65-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, 14 turdan sonra hesabında 14 xal olan "Krılya Sovetov" 13-cü pillədədir.