Ramil Şeydayev oynadı, komandası "Rostov"u məğlub etdi

Azərbaycan millisinin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Krılya Sovetov" Rusiya Premyer Liqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Rostov" kollektivi olub.

Qarşılaşma Samara klubunun qələbəsi ilə yekunlaşıb - 1:0.

"Krılya Sovetov" - "Rostov" - 1:0
QOL:
Paul Anton, 11/p. (1:0)

R.Şeydayev oyuna 80-ci dəqiqədə daxil olub və iki dəqiqə sonra sarı vərəqə ilə cəzalandırılıb.

Xalını 17-ə yüksəldən "Krılya Sovetov" 13-cü pilləyə yüksəlib. "Rostov" isə 24 xalla 7-cidir.

Standings provided by Sofascore LiveScore