Ramil Şeydayev Rusiya çempionatında növbəti qolunu vurub

Rusiya çempionatında mübarizə aparan "Krılya Sovetov" növbəti oyununu keçirib.

Sportline.az xəbər verir ki, Samara klubu 16-cı turdan təxirə salınan qarşılaşmada "Orenburq"a 1:2 hesabıyla məğlub olub.

"Krılya Sovetov"un şərəfini qoruyan milli komandamızın üzvü Ramil Şeydayev bu görüşdə də fərqlənib. Hücumçumuz 12-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Bu, Şeydayevin Rusiya çempionatındakı son 5 oyunda 4-cü qolu olub.

Qeyd edək ki, "Krılya Sovetov" 24 xalla yarış cədvəlində 11-cidir.