Ramil Şeydayev sabiq klubuna qayıdır

Yayda "Dinamo" ilə birillik müqavilə bağlayan Ramil Şeydayevin Moskvada keçirdiyi günlər başa çatmaq üzrədir.

Sportline.az xəbər verir ki, daim ehtiyatda qaldığı klubla müqaviləsini pozmaq qərarına gələn millimizin hücumçusu, öncədən xəbər verdiyimiz kimi, "Krılya Sovetov"a qayıtmağa razılaşıb.

2018-ci ilin iyununda ayrıldığı "Qarabağ"ı Samara təmsilçisinə dəyişən forvard köhnə-yeni klubu ilə 1,5 illik müqavilə imzalayacaq.

Şeydayev "Krılya" ilə 300 min dollara anlaşıb. Bu məbləğin 50 mini cari mövsümün sonunadək olan müddəti əhatə edir.(sportinfo.az)