Ramil Şeydayev sabiq komandasına qarşı

Bu gün Rusiya Premyer Liqasında 19-cu tura start verilir.

Sportline.az xəbər verir ki, ilk oyun günündə "Zenit" - "Dinamo" görüşü böyük maraqla gözlənilir.

Millimizin hücumçusu Ramil Şeydayev üçün bu qarşılaşma xüsusi əhəmiyyət daşıyır.

"Zenit"in yetirməsi, bu gün "Dinamo" formasında sabiq komandasına qarşı oynaya bilər.

Qeyd edək ki, mövsümə start heyətdə başlayan Şeydayev, etimadı doğrultmadığından, uzun müddətdir ki, ehtiyat oyunçular skamyasının daimi sakininə çevrilib. 

"Zenit" - "Dinamo" görüşünün start fiti Bakı vaxtı ilə 20:30-da səslənəcək.