Ramil Şeydayev "Spartak"a qarşı 90 dəqiqə oynadı
Azərbaycan millisinin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Krılya Sovetov" Rusiya Premyer Liqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib Moskva "Spartak"ı olub.
Qarşılaşma "Spartak"ın qələbəsi ilə yekunlaşıb.
"Spartak" Moskva - "Krılya Sovetov" - 3:1
QOLLAR: Kornilenko, 49 (0:1); Hanni, 59 (1:1); Melqarexo, 61 (2:1); Luiz Adriano, 90 (3:1)
R.Şeydayev bu oyunda 90 dəqiqə meydanda olub və 83-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, 15 turdan sonra hesabında 14 xal olan "Krılya Sovetov" 14-cü pillədə qərarlaşıb.