Ramil Şeydayev yeni klubundakı hədəfdən danışdı
"Buraya gəldiyim üçün çox xoşbəxtəm. Əfsanəvi klubun Premyer Liqada mümkün olan ən yüksək yeri tutmasına və avrokuboklara vəsiqə qazanmasına kömək etmək istəyirəm".
Sportline.az xəbər verir ki, bu fikirləri Rusiyanın "Dinamo" klubuna keçən Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Moskva təmsilçisinin rəsmi saytına açıqlamasında deyib.
23 yaşlı hücumçu bildirib ki, bu kluba keçidi barədə danışıqlar qısa sürüb: "Mən düşündüm, ailəmlə, valideynlərimlə danışdım və artıq buradayam (gülür). Baş məşqçi ilə də görüşdüm və bu, məndə xoş təəssüratlar yaratdı. Öz qarşıma hər hansı bir şəxsi hədəf qoyurammı? Hücumçunun bir məqsədi var - bu, rəqibin qapısıdır (gülür). Qol və məhsuldar ötürmələrlə, oyunumla "Dinamo"ya köməklik göstərməyə çalışacağam".
Qeyd edək ki, Ramil Şeydayev "Dinamo" ilə 1 illik müqavilə imzalayıb.