Ramil Şeydayev yenidən fərqləndi

Milli komandamızın hücumçusu Ramil Şeydayev Rusiya Premyer Liqasının ikinci dövrəsinə inamla başlayıb. 

Sportline.az xəbər verir ki, ötən tur "Lokomotiv"in qapısına qələbə qolunu vuran futbolçu, bu gün də fərqlənməyi bacarıb.

"Krılya Sovetov" - "Yenisey" görüşünün fasiləsindən sonra meydana çıxan Şeydayev komandasının 4-cü qoluna imza atıb.

Qeyd edək ki, oyun samaralıların 4-0 hesablı qələbəsi ilə nəticələnib.