Ramil Şeydayevin Avstriya sevdası alınmadı
Milli komandamızın hücumçusu Ramil Şeydayevin Avstriyanın "Mattersburq" klubuna transferi alınmayıb.
Sportline.az xəbər verir ki, onunla Budesliqa təmsilçisi arasında danışıqlar müsbət nəticələnməyib. Bu səbəbdən, Şeydayev müqavilə üzrə məxsus olduğu Türkiyə "Trabzonspor"unun düşərgəsinə qayıdacaq.
Qeyd edək ki, 22 yaşlı futbolçu ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirib.