Ramil Şeydayevin komandası "Arsenal"la görüşdə məğlub olub

Azərbaycan millisinin üzvü Ramil Şeydayev Rusiya Premyer Liqasında növbəti oyununa çıxıb. XXI turun açılış matçında "Krılya Sovetov" komandası Tula "Arsenal"ını qəbul edib.

Sportline.az xəbər verir ki, rəqibi ilə bacara bilməyən Samara təmsilçisi "Arsenal"a məğlub olub. 66-cı dəqiqədə fərqlənən Luka Corceviç komandasına qələbə qazandırıb: 1-0.

Futbolçumuz Ramil Şeydayev meydana 73-cü dəqiqədə çıxıb. Rusiya çempionatında son 3 turda 3 qol vuran 23 yaşlı hücumçu bu dəfə heç nə ilə fərqlənməyib.

Bununla da "Krılya Sovetov" 24 xalla 11-ci, "Arsenal" isə 6-cı pillədə qərarlaşıb.