Ramil Şeydayevin yeni klubu məlum oldu

Milli komandamızın hücumçusu Ramil Şeydayev karyerasını Moskvanın “Dinamo” klubunda davam etdirəcək.

Sportline.az “Sport-Ekspress”ə istinadən xəbər verir ki, 23 yaşlı forvard paytaxt təmsilçisinin düşərgəsinə gələrək tibbi baxışdan keçəcək.

Qeyd edək ki, ötən mövsümü Samaranın “Krılya Sovetov” klubunda keçirən Şeydayev, 18 oyunda 4 qol vurub.