Ramin Musayev: "Buna icazə verməyə hazır idik"

"Azərbaycan kubokunda 12 komandanın olması nə məndən, də də jurnalistlərdən asılıdır".

Sportline.az xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan kubokunun püşkatma mərasimində çıxış edərək deyib.

O, klubların kuboka maraq göstərmədiyini bildirib: "Hətta həvəskar komandaların yarışa qatılması əsasnaməyə uyğun gəlməsə də, buna icazə verməyə hazır idik" – deyə Musayev qeyd edib.

PFL rəhbəri Premyer Liqanın sponsoru məsələsi ilə bağlı isə deyib ki, xarici şirkətlə danışıq aparsalar da, həmin qurumun Azərbaycanda lisenziyası olmadığı üçün razılıq verilməyib: "Hələlik titul sponsorumuz yoxdur. Jurnalistlər futbolu mətbuatda elə günə salıblar ki, kimsə yaxın gəlməyə qorxur. Çalışaq, futbolumuzu təbliğ edək”.