Ramin Musayev: "Gələn mövsüm "Kəpəz"lə "Turan Tovuz" Premyer Liqada olacaq"

2020/2021-ci illər mövsümündə Azərbaycan Premyer Liqasında 10 komanda mübarizə aparacaq.

Sportline.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib. İTV-də yayımlanan "Bol idman" verilişində qonaq olan qurum rəhbəri "Kəpəz" və "Turan Tovuz"un yenidən elitaya qayıdacağını bildirib.