Rayan Giqs Bakıya gətirəcəyi heyəti açıqladı

AÇ-2020-nin seçmə qrup mərhələsində, Azərbaycan və Macarıstanla görüşəcək Uels seçməsinin heyəti açıqlanıb.

Sportline.az xəbər verir ki, baş məşqçi Rayan Giqqz 27 futbolçuya dəvət göndərib.

Uzun müddətdir zədədən zəiyyət çəkən "Yuventus"lu Aaron Remsi, həmçinin Madrid "Real"ından Qaret Beyl düşərgəyə çağırılıb.

Qapıçılar: Ueyn Hennessi ("Kristal Pelas", İngiltərə), Denni Uord ("Lester", İngiltərə), Adam Devis ("Stok Siti", İngiltərə)

Müdafiəçilər: Ben Deyvis ("Tottenhem", İngiltərə), Neyl Teylor ("Aston Villa", İngiltərə), Ceyms Lourens ("Senkt-Pauli", Almaniya), Eşli Uilyams ("Bristol Siti", İngiltərə), Reqan Pul ("Milton Keyns Dons", İngiltərə), Kris Mepham ("Bornmut", İngiltərə), Tom Lokyer ("Çarlton", İngiltərə), Konnor Roberts ("Suonsi"), Kris Qanter ("Ridinq", İngiltərə)

Yarımmüdafiəçilər: Co Allen ("Stok Siti", İngiltərə), Uill Volks ("Kardiff"), Co Morrell ("Linkoln Siti", İngiltərə), Ethan Ampadu ("Leypsiq", Almaniya), Mettyu Smit ("Kuinz Park Reyncers", İngiltərə), Dilan Levitt ("Mançester Yunayted", İngiltərə), Aaron Remsi ("Yuventus", İtaliya)

Hücumçular: Harri Uilson ("Bornmut", İngiltərə), Daniel Ceyms ("Mançester Yunayted", İngiltərə), Tom Lourens ("Derbi", İngiltərə), Rabbi Matondo ("Şalke", Almaniya), Qaret Beyl ("Real", İspaniya), Tayler Roberts ("Lids", İngiltərə), Kiffer Mur ("Uiqan", İngiltərə), Sem Uoks ("Stok Siti", İngiltərə).

Azərbaycan - Uels oyunu noybarın 16-da "Bakcell Arena"da keçiriləcək.