Rəşad Sadıqov üçün yubiley

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov komandasının heyətində 300-cü oyununu keçirib.

Sportline.az xəbər verir ki, bu yubiley Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununa təsadüf edib.

“Partizani” ilə Tiranada keçirilən qarşılaşma 37 yaşlı müdafiəçinin “Qarabağ”da 300-cü matçı olub. Bunadək Premyer Liqa, Azərbaycan kuboku, Çempionlar Liqası və Avropa Liqasında üst-üstə keçirdiyi 299 oyunda 14 qol vuran “14 nömrə”nin yubileyi 0:0 hesablı heç-heçə ilə başa çatıb. “Qarabağ”da 2009-cu ildə debüt edən R.Sadıqov klub tarixində 300 və daha çox oyun keçirən 9-cu futbolçu olub.

Onadək yalnız 8 oyunçu bunu bacarıb. Peşəkar klub kimi 1987-ci ildə qeydiyyatdan keçən “Qarabağ”ın regional turnirlər nəzərə alınmamaqla, rəsmi matçlarda ən çox oyuna çıxan futbolçusu isə Maksim Medvedevdir. Albaniyadakı qarşılaşma onun üçün 405-ci olub. Karyerasını Ağdam klubunda davam etdirən daha bir oyunçu – Qara Qarayev də “300”ü arxada qoyanlar arasındadır. “Doqquzluq”da yeganə legioner Ansi Aqollidir.(APA)

“Qarabağ”da 300 və daha çox oyun keçirənlər
 

yer

futbolçu

Oyun

1.

Maksim Medvedev

405

2.

Müşfiq Hüseynov

394

3.

Yaşar Hüseynov

380

4.

Səttar Əliyev

369

5.

Aslan Kərimov

346

6.

Elşad Əhmədov

339

7.

Qara Qarayev

320

8.

Ansi Aqolli

316

9.

Rəşad Sadıqov

300