"Real"ın hədəfindəki iki futbolçu

Madrid "Real"ı heyətini gücləndirmək niyyətindədir. SportLine.az xəbər verir ki, "kral klubu" İngiltərədə çıxış edən iki futbolçunun xidmətində maraqlıdır. 

"Sun" məlumat verir ki, onlardan biri "Mançester Yunayted"in gənc ulduzu Markus Reşforddur. Onun transferi üçün "Real" rəhbərliyi 50 milyon futn-sterlinq ödəməyə hazırdır. 

Hədəfdə olan digər futbolçu isə "Tottenhem"in yarımmüdafiəçisi Kristian Eriksendir. La Liqa təmsilçisi danimarkalıya görə 40 milyon funt-sterlinq təklif etməyə hazırlşır.