"Real" "Atletik"lə görüşə hazırdır

La Liqadakı son matçlarında qeyri-sabit çıxış edən “Real” Madrid növbəti görüşünə hazırlığı yekunlaşdırıb.

Sportline.az xəbər verir ki, Kral klubu 33-cü turda “Atletik”i qəbul edəcək. “SantyaqoBernabeu”dakı matçdan əvvəl “Real “61xalla 3-cü yerdədir.

Mövsümə yaxşı başlamasa da, tədricən mövqeyini yaxşılaşdıran “Atletik” isə 46 xalla 7-ci pillədə qərarlaşıb. Xatırladaq ki, “Real” öz meydanında keçirdiyi songörüşdə “Eybar”ı 2:1 hesabıyla məğlubedib. “Atletik”lə görüş ərəfəsində Madridkomandasının baş məşqçisi ZinəddinZidan oyunun asan olmayacağını bildirib.

“Çoxları mənə növbəti mövsüm və transferlər barədə suallar verirlər. Amma mən hazırkı vəziyyət haqda düşünürəm. Bircə, onu deyə bilərəm ki, yeni mövsümdə komandamın necə olacağını artıq bilirəm. İndiki məqsədimiz isə qalan oyunlarda qələbə qazanmaqdır. Bu görüşlərdən biri “Atletik”ə qarşı olacaq. Doğma meydanda oynamağımıza baxmayaraq işimiz asan deyil. Bununla belə qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Real” – “Atletik” oyunu Bakı vaxtı ilə saat 18:15-də başlanacaq.