"Real" - "Atletiko" matçının hakimləri müəyyənləşdi
UEFA Super Kuboku uğrunda görüşün hakim təyinatları açıqlanıb. SportLine.az xəbər verir ki, Çempionlar Liqasının qalibi "Real" və Avropa Liqasının qalibi "Atletiko" komandaları arasında keçiriləcək görüş Polşadan olan briqadaya həvalə olunub.
Matçda baş hakim funksiyasını Şimon Marçinyak icra edəcək. Pavel Sokolniçki və Tomaş Listkeviç yan xətt, Ovidiu Alin Hateqan dördüncü, Pavel Raskovki və Tomal Misyal isə əlavə hakimlər olacaq.
Qeyd edək ki, superkubok oyunu avqustun 15-i Tallində keçiriləcək.