"Real" azarkeşlərinə pis xəbər

"Real"ın aparıcı futbolçusu Eden Hazard zədələnib.

Sportline.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda PSJ ilə oyunda (2:2) sıradan çıxıb.

İspaniya mətbuatı yazıb ki, görüşün 69-cu dəqiqəsində zədələnərək əvəzlənən futbolçu bir neçə ay yaşıl meydanlardan kənarda qala bilər. Komandanın baş məşqçisi Zinəddin Zidan da oyundan sonra keçirilən mətbuat konfransında Hazardın zədəsinin ciddi olduğunu deyib. Topuğundan zədə alan futbolçunun durumuna bu gün keçiriləcək tibbi müayinədən sonra tam aydınlıq gələcək.