"Real" daha bir hədəfini açıqladı
Mövsümün sonunda heyətdə köklü dəyişikliklər etməyi planlaşdıran "Real"ın daha bir transfer hədəfi məlum olub. SportLine.az "Sun"a istinadən xəbər verir ki, "kral klubu" "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanın xidmətində maraqlıdır.
La Liqa təmsilçisi futbolçunun keçidini təmin etmək üçün 120 milyon funt-sterlinqdən çox pul ödəməlidir.
Qeyd edək ki, "Real" klubunun İdarə Heyətinin bir neçə gün öncə keçirilən iclasında yay transfer pəncərəsi üçün 600 milyon avronun ayrıldığı bildirilmişdi.