"Real" dünya çempionu oldu
Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan futbol üzrə klublararası Dünya çempionatı yekunlaşıb. SportLine.az xəbər verir ki, həlledici görüşdə Madrid "Real"ı ilə "Əl-Əyn" kollektivləri üz-üzə gəlib.
Meydana favorit qismində çıxan İspaniya təmsilçisi etimadı doğruldub.
"Əl-Əyn" komandası yarışın gümüş mükafatına sahib çıxıb. 3-cü yer uğrunda görüşdə isə "River Pleyt" (Argentina) "Kaşima"dan (Yaponiya) güclü olub.
22 dekabr 2018
Klublararası Dünya çempionatı
FİNAL
"Real" Madrid (İspaniya) - "Əl-Əyn" (BƏƏ) - 4:1
QOLLAR: Modriç, 14 (1:0); Yorente, 60 (2:0); Ramos, 78 (3:0); Şiotani, 86 (3:1); Nader, 90+1 (4:1)
"Kaşima" (Yaponiya) - "River Pleyt" (Argentina) - 0:4
QOLLAR: Zuçulini, 24 (0:1); Martinez, 73 (0:2); Borre, 88/p. (0:3); Martinez, 90+4 (0:4)