"Real" "Mançester Siti"nin gənc ulduzunu istəyir

"Real" qış transfer pəncərəsində heyətini gücləndirməyi düşünür. SportLine.az xəbər verir ki, "kral klubu" "Mançester Siti"nin futbolçusu Braim Diazı transfer etmək niyyətindədir.

"Marca"nın yaydığı məlumata görə, Madrid təmsilçisi 19 yaşlı futbolçunun keçidi üçün "şəhərlilər"lə danışıqlara başlamağa hazırdır.

Transferin yanvar ayında, və ya mövsümün sonunda gerçəkləşmə ehtimalı var.

Qeyd edək ki, B.Diaz 2013-cü ildə "Malaqa"dan transfer edilib.