"Real" Neymarın əvəzinə 17 yaşlı futbolçu transfer edir
"Real" 17 yaşlı braziliyalı futbolçunu heyətinə qatmaq niyyətindədir. SportLine.az xəbər verir ki, söhbət Vinisius Juniordan gedir.
Goal.com saytının yaydığı məlumata görə, Madrid təmsilçisi "Flamenqonun" şərəfini qoruyan hücumçuya görə 45 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, "kral klubu" Neymarın transferi məsələsi sual altına düşdüyü üçün Vinisius Juniorun keçidi barədə düşünür.