"Real" "Roma" ilə danışıqlara başladı

"Real" "Roma"nın qapıçısı Alisson üçün danışıqlara başlayıb. SportLine.az xəbər verir ki, bu barədə RMC Sport məlumat yayıb.

Xəbərə görə, Madrid klubu futbolçunun keçidini Dünya çempionatına qədər həll etmək niyyətindədir. 

Braziliya millisinin qapıçısı ilə "Liverpul" və "Mançester Yunayted"in də maraqlandığı bildirilir.

Qeyd edək ki, "kral klubu" Alissonun transferini həll edə bilməsə, Tibo Kurtua, və ya David de Xea ilə danışıqlara başlayacaq.