"Real" sensasiyaya imkan vermədi

Klublararası Dünya çempionatında növbəti finalçının adına aydınlıq gəlib. SportLine.az xəbər verir ki, Yaponiyanın "Kaşima" klubunu üstələyən "Real" adını həlledici görüşə yazdırıb.

“Kaşima” (Yaponiya) – “Real” (İspaniya) – 1:3
QOLLAR:
Dol, 78 - Beyl, 44, 53, 55

Qeyd edək ki, final görüşü dekabrın 22-də keçiriləcək. Madrid klubu BƏƏ çempionu “Əl-Əyn”lə üz-üzə gələcək. Yaponiyalılar isə 3-cü yer uğrunda matçda Argentina “River Pleyt”i ilə qarşılaşacaq.