"Real" tarixi zəfərin astanasında

"Real" bu gün "Bavariya" ilə görüşdə ümumi hesabdakı üstünlüyü qoruya bilsə, Çempionlar Liqasında daha bir tarix yazacaq. "Kral klubu" qitənin ən nüfuzlu klub turniri tarixində ikinci dəfə ardıcıl üçüncü final oynamağa yaxındır. 

1956-1960-cı illərdə ardıcıl 5 dəfə finala vəsiqə qazanan və hər birində kuboku başı üzərinə qaldıran Madrid təmsilçisi, iki dəfə ardıcıl üç final oynayan yeganə klub kimi tarixə düşə bilər.

SportLine.az saytı "Real" - "Bavariya" oyunu ərəfəsində Çempionlar Liqasında ardıcıl üç final oynayan klubları diqqətinizə çatdırır:

"Real"

1956 | "Real" - "Reyms" - 4:3
1957 | "Real" - "Fiorentina" - 2:0
1958 | "Real" - "Milan" - 3:2 (əlavə vaxtda)
1959 | "Real" - "Reyms" - 2:0
1960 | "Real" - "Ayntraxt" (Frankfrut) - 7:3

"Benfika"

1961 | "Benfika" - "Barselona" - 3:2
1962 | "Benfika" - "Real" - 5:3
1963 | "Benfika" - "Milan" - 1:2

"Ayaks"

1971 | "Ayaks" - "Panatinaykos" - 2:0
1972 | "Ayaks" - "İnter" (Milan) - 2:0
1973 | "Ayaks" - "Yuventus" - 1:0

"Bavariya"

1974 | "Bavariya" - "Atletiko" (Madrid) - 1:1/4:0 (iki oyunun nəticəsinə görə)
1975 | "Bavariya" - "Lids Yunayted" - 2:0
1976 | "Bavariya" - "Sent-Etyen" - 1:0

"Milan"

1993 | "Milan" - "Marsel" - 0:1
1994 | "Milan" - "Barselona" - 4:0
1995 | "Milan" - "Ayaks" - 0:1

"Yuventus"

1996 | "Yuventus" - "Ayaks" - 1:1 (pen. 4:2)
1997 | "Yuventus" - "Borussiya" (Dortmund) - 1:3
1998 | "Yuventus" - "Real" - 0:1