"Real" "Tottenhem"ə uduzdu

"Audi kuboku"nda 1/2 final mərhələsinin oyunu keçirilib.

Sportline.az xəbər verir ki, yarımfinal matçında "Real" və "Tottenhem" qarşılaşıb. "Alyans Arena"da keçirilən matçda  İngiltərə klubu 1:0 hesabı ilə qalib gəlib.

"Real" - "Tottenhem" - 0:1
Qol: Harri Keyn, 22

Bu qələbə ilə "Tottenhem" finala yüksəlib. Komanda həlledici görüşdə "Bavariya" - "Fənərbağça" cütünün qalibi ilə qarşılaşacaq.