"Real" "Tottenhem"i 200 milyona razı saldı
Uzun müddətdir, Harri Keyni heyətinə cəlb etmək istəyən "Real" arzusunu gerçəkləşdirməyə yaxındır. SportLine.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "kral klubu" futbolçunun çıxış etdiyi "Tottenhem"i razı salmağa müvəffəq olub.
Madrid təmsilçisi 24 yaşlı hücumçunun keçidi üçün 200 milyon avro ödəyəcək.
H.Keynin mövsümün sonunda İspaniyaya köçəcəyi deyilir.