"Real" son saniyədə sevindi, "Bavariya" yoluna davam edir

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsi yekunlaşacaq. SportLine.az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçiriləcək.

Səfərdə qələbə qazanan "Real" və "Bavariya" üstünlüyü doğma meydanda qorumağa çalışacaq. Madrid təmsilçisi "Yuventus"la, "münhenlilər" isə "Sevilya" ilə görüşdə azarkeşlərini sevindirmək niyyətindədir.

Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.


11 aprel 2018
Çempionlar Liqası
1/4 final (cavab oyunları)

"Bavariya" - "Sevilya" - 0:0

Baş hakim:
Vilyam Kollum
Köməkçi hakimlər: Deyvid MakGeçi, Fransis Konnor
Dördüncü hakim: Duqlas Potter
​Əlavə köməkçi hakimlər: Bobbi Madden, Con Biton (hamısı Şotlandiya)

"Real" (Madrid) - "Yuventus" - 1:3
QOLLAR:
Mandzukiç, 2 (0:1); Mandzukiç, 37 (0:2); Matuidi, 61 (0:3); Ronaldu, 90+8/p. (1:3)
QIRMIZI VƏRƏQƏ: Buffon, 90+3 ("Yuventus")

Baş hakim: Maykl Oliver
Köməkçi hakimlər: Süart Bört, Saymon Bennet
Dördüncü hakim: Li Betts
​Əlavə köməkçi hakimlər: Martin Atkinson, Andre Marriner (hamısı İngiltərə)