"Real"dan "Çelsi"yə yeni təklif

Eden Azarı heyətinə cəlb etmək istəyən "Real" futbolçunun məxsus olduğu "Çelsi"yə yeni təklif ünvanlayıb. SportLine.az "Mail"ə istinadən xəbər verir ki, "kral klubu" "zadəganlar"a 150 milyon funt-sterlinq ödəməyə hazırdırlar. 

London klubunun bu təklifə yaxın günlərdə cavab verəcəyi gözlənilir. 

Qeyd edək ki, Kriştianu Ronaldunu "Yuventus"a satan "madridlilər" hücum xəttindəki boşluğu E.Azarla doldurmaq niyyətindədirlər.