"Real"dan daha bir transfer

Son olaraq, "Çelsi"dən Eden Azarı heyətinə qatan "Real" növbəti transferini gerçəkləşdirib.

Sportline.az xəbər verir ki, Madrid təmsilçisi Yaponiyanın U-18 yığmasının hücumçusu Takefuso Kubo ilə anlaşıb. Ancaq gənc futbolçu ilə imzalanmış müqavilənin detalları barədə məlumat verilməyib. "Yapon Messi" adlandırılan futbolçunun hələlik "Real"ın ikinci komandası olan "Kastilyo"da forma geyinəcəyi bildirilib.

Qeyd edək ki, "Barselona"nın akademiyasında yetişən Kubo son olaraq, "Tokio" klubunda çıxış edib. Onunla Kataloniya təmsilçisi, "Bavariya", "Maneçster Siti" və PSJ də yaxından maraqlanırdı