"Real"dan "Real"a

İspaniyanın "Real" klubu qapıçısı Andrey Lunini icarəyə verib.

Sportline.az xəbər verir ki, 20 yaşlı əlcək sahibi La Liqanın digər təmsilçisi "Real Valyodolid"ə keçib. Ukraynalı qolkiperlə 1 mövsümlük müqavilə imzalanıb.

Madrid klubu Lunini 2018-ci ildə "Zarya"dan 8,5 milyon avroya transfer edib. Gənc qapıçı ötən mövsüm "Leqanes"ə icarəyə verilmişdi.