"Real"ın qapıçısı stadionda evlilik təklifi etdi

“Valyadolid”də icarə əsasında çıxış edən “Real”ın qapıçısı Andrey  Lunin sevgilisi Anastasiyaya evlilik təklifi edib.

Sportline.az xəbər verir ki, ukraynalı qolkiper sevgilisinə istədyini “Valyadolid”in ev oyunlarını keçirdiyi “Nuvo Kose Sorrile” stadionunda bildirib.

O, bu anın şəklini İnstagram hesabında paylaşaraq “Si” (ispanca hə) yazıb.